-
- 30-09-2021, 12:43
- 457
“Artıq sosial şəbəkələrlə bağlı ayrıca qanun qəbul etməliyik” - Deputat
“Biz artıq sosial şəbəkələrlə bağlı ayrıca qanun qəbul etməliyik”.
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Sahib Alıyev deyib.
Deputat bildirib ki, hazırda Azərbaycana qarşı informasiya savaşında sosial şəbəkədən faydalanırlar: “Çox təəssüf ki, bundan bəzən çox uğurla faydalanırlar. ABŞ-da olan bəlli bir qrup sosial şəbəkələrdə Azərbaycanda demokratiyanın olmaması və s. ilə bağlı uydurmalar yayır. Sonra bizə qarşı olan beynəlxalq təşkilatlar bu uydurmalardan istifadə edir. Bundan başqa, 44 günlük savaşımızda Azərbaycanın rolunun azaldılması, dini məzhəblə bağlı yozmalar var. Sosial şəbəkədə bəzi qruplar ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarına bağlıdır”. /APA/