Nazir: "Xaricə oxumaq üçün gedənlərin qayıtması məsələsi də nəzərə alınacaq”
    • 1-10-2021, 14:32
    • 455

Nazir: "Xaricə oxumaq üçün gedənlərin qayıtması məsələsi də nəzərə alınacaq”

“Birinci dövlət proqramı vasitəsilə təhsil alan tələbələrimizin əksəriyyəti ölkəyə qayıdaraq burada işləyiblər. Yeni proqram hazırlanarkən xaricə oxumaq üçün gedən şəxslərin geri qayıtması ilə bağlı nüanslar da nəzərə alınacaq”.

News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib.

Nazir bildirib ki, hökumət vətəndaşlar üçün belə imkan yaradırsa, həmin şəxslərin Azərbaycanın inkişafına töhfə vermələri də vacib məsələdir: “Bir neçə seçim meyarları arasından ən uyğununun seçilməsi üzərində düşünülür. Universitetlər və ya ayrı-ayrı komissiya tərəfindən seçim edilə bilər. İstənilən halda seçim prosesinin şəffaf, çoxtərəfli olmasının tərəfdarıyıq. Proqram ildə təxminən 300-400 nəfərin xaricə göndərilməsi nəzərdə tutulur”.