"Şagirdlərin məktəbə qayıtması sosial inkişaflarına müsbət təsir edəcək" - Nazir
    • 8-05-2021, 16:18
    • 334

"Şagirdlərin məktəbə qayıtması sosial inkişaflarına müsbət təsir edəcək" - Nazir

“İnandığım bundan ibarətdir ki, şagirdlərin məktəbə qayıtması onların sosial inkişafına müsbət təsir edəcək. Şagirdlərin məktəbə qayıtmasının psixoloji problemlər yaratması ilə bağlı heç bir elmi araşdırma yoxdur".

News24.az
-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, 57 minə yaxın müəllim vaksinasiyadan keçib: "Təxminən hər 50 yaşdan yuxarı olan müəllimlərdən ikisi vaksinasiya olunub. 40 yaşından yuxarı olan müəllimlərdən isə 28 500 nəfər vaksinasiya edilib. Bu isə 57% edir. 117 min 356 təhsil işçisi- 53% heyət vaksinasiyadan keçib".