Emin Əmrullayev:  "Bu sahədə 15-20 kadra ehtiyac var"
    • 1-10-2021, 14:54
    • 526

Emin Əmrullayev: "Bu sahədə 15-20 kadra ehtiyac var"

“Təhsil Nazirliyində ölçmə və qiymətləndirmə sahəsi üzrə ən azı 15-20 kadra ehtiyac var. Bunu işləyə-işləyə öyrənmək çox çətindir”.

News24.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib.

Onun sözlərinə görə, formal təhsil önəmlidir: “Təhsil sahəsi ilə bağlı müzakirələri daha çox emosiyalar üzərində aparırıq. Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyində bir neçə şəxsi çıxmaq şərti ilə testologiya sahəsi üzrə mütəxəssislər demək olar yoxdur. Qiymətləndirmə barədə isə çəkinmədən fikir bildirmək mümkündür. Azərbaycanda texniki biliklərə malik mütəxəssislərə ehtiyac böyükdür”.