-
- 19-11-2018, 17:00
- 1 460
Xalq artisti aparıcıları "yıxıb-sürüdü"
Xalq artisti, tanınmış diktor Ofeliya Sənani telekanal və aparıcıları sərt tənqid edib:
“Verilişlərə baxırsan, müğənni müğənninin arxasınca danışır, dedi-qodu edir. Buna görə də məcbur olub televizoru söndürürəm. Rəhmətlik Şövkət Ələkbərova ilə Sara Qədimova arasında inciklik, konflikt vardı, amma bunu heç vaxt insanların yanında biruzə verməyiblər. İndiki müğənnilər bütün günü bir-birinin qeybətini edir. Elə aparıcılar da onlardan geridə qalmır. Baxırsan caynaqları taxıb, əlini də qoyub qarnının üstünə veriliş aparır. Şou proqramları da pis gündədir. Aparıcı tül paltarı geyinib çıxıb efirə, alt paltarı görünür. Bir özünə nəzarət et. Axı sənə milyonlar baxır. Yazıq operator da bilmir ki, onu necə çəksin. Qonaqları ilə də davranışları pis gündədir. Dəvət etdikləri qonaqlarını da təhqir edirlər. Axı sizə kim ixtiyar verib ki, dəvət etdiyiniz qonağı aşağılayırsınız”.
Məşhur diktor xəbər aparıcılarını da sərt tənqid edib:
“Xəbər aparıcısı qışqıra-qışqıra xəbər oxuyur. Ay bala, niyə qışqırırsan, mikrafonun var da. Normal danış, insanlar da sənin nə dediyini anlaya bilsin. Səsini atmısan başına. Arada bir Rusiya, Türkiyə verilişlərinə baxın, onlardan nümunə götürün. Biz vaxtilə Rusiya, Türkiyə kanallarına baxırdıq, geyimlərindən tutmuş, diksiya, davranışlarına qədər öyrənirdik. Çünki bizə milyonlar baxırdı”.
//Yenicag.az