Xalq artisti  vəfat etdi
    • 5-10-2021, 09:17
    • 579

Xalq artisti vəfat etdi

Gəncə Dövlət Dram Teatrının rejissoru, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov bu gün səhər saatlarında 78 yaşında vəfat edib.

News24.az xəbər verir ki, Vaqif Şərifovun səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.