Anar Kərimov: "Ermənistanın Azərbaycan mədəniyyətini mənimsəmə səyləri nəticəsiz qalacaq"
    • 5-10-2021, 17:41
    • 657

Anar Kərimov: "Ermənistanın Azərbaycan mədəniyyətini mənimsəmə səyləri nəticəsiz qalacaq"

Qarabağı işğaldan azad etdik, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Ancaq mədəniyyət sahəsində mübarizəmiz hələ də davam edir.

News24.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, səngərdə qalibiyyət qazanmışıqsa, mədəniyyət sahəsində də bu qalibiyyəti, uğuru davam etdirməliyik: "Azərbaycan mədəniyyətinin əsgərləri də mədəniyyət xadimləridir.

Ermənistanın Azərbaycan mədəniyyətini özününküləşdirmə, mənimsəmə səyləri nəticəsiz qalacaq. Azərbaycan əsrlər boyu zəngin mədəniyyəti ilə məşhur olan bir ölkə olub. Bundan sonra da mədəniyyət işçiləri bu tarixi davam etdirəcək".