MEDİA "Təhlükəli bölgələrdə fəaliyyət" mövzusunda jurnalistlər üçün təlim keçirir - Fotolar
    • 6-10-2021, 14:49
    • 545

MEDİA "Təhlükəli bölgələrdə fəaliyyət" mövzusunda jurnalistlər üçün təlim keçirir - Fotolar

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlər keçirilir.

News24.az xəbər verir ki, ümumilikdə 40-dək media nümayəndəsinin iştirak etdiyi təlimlər iki qrupa bölünməklə təşkil edilib.

Qrupların hər birində 20 nəfər iştirak edir. Oktyabrın 6-da ikinci qrupun təlimləri başlayıb.

İngilis dilində təşkil olunan təlimdə jurnalistlər üçün Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb.

Təlimdə News24.az-ın əməkdaşı da təmsil olunur. 

Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.

Beş gün davam edəcək təlimlər oktyabrın 8-də başa çatacaq.