Zaqatalada 2 nəfəri bıçaqlayan şəxs saxlanıldı
    • 7-10-2021, 10:11
    • 211

Zaqatalada 2 nəfəri bıçaqlayan şəxs saxlanıldı

Zaqatala rayon sakinləri olan 2 nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat  Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə,araşdırmalarla xəstəxanaya yerləşdirilənlərin Aşağı Tala kənd sakinləri Səfər Zeynalov və Elçin Qaziyev olmaları, münaqişə zəminində həmkəndliləri İslam Ömərov tərəfindən bıçaqlanmaları müəyyən edilib.Əməliyyat-axtarış tədbirləri ilə İ.Ömərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.