Çoban fermadan OĞURLUQ ELƏDİ
    • 27-08-2019, 10:28
    • 3 108

Çoban fermadan OĞURLUQ ELƏDİ

Zaqatalada işlədiyi fermadan oğurluq edən çoban saxlanılıb.

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Əliabad qəsəbə sakini Abdulla Həmzəyev ona məxsus fermadan 23 baş xırda buynuzlu, 4 baş iri buynuzlu mal-qaranın naməlum şəxs və yaxud da şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A. Həmzəyevə məxsus ümumilikdə 27 baş xırda və iri buynuzlu mal-qaranı oğurlayan şəxsin rayonun Muxax kənd sakini, elə həmin fermada çoban işləyən 32 yaşlı Həsən İbrahimov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Oğurladığı heyvanlardan bir neçəsi polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb. 

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.