Pakistanda güclü zəlzələ - Çox sayda ölü və yaralı var - VİDEO
    • 7-10-2021, 13:11
    • 382

Pakistanda güclü zəlzələ - Çox sayda ölü və yaralı var - VİDEO

Bu gün səhər saatlarında Pakistanda 5,7 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, zəlzələ zamanı azı 20 nəfər ölüb, 200 nəfər yaralanıb.

Zəlzələdən ən çox zərər görən Bəlucistanın dağlıq Harnay şəhəridir.

Zəlzələnin baş verdiyi əraziyə hərbi və mülki qurumlardan xilasedicilər göndərilib.

Yolların yararsız olması və mobil rabitənin olmaması səbəbindən xilasetmə əməliyyatı çətinləşir. Zzəlzələ səbəbindən bölgəyə elektrik enerjisinin verilməsi də dayandırılıb.

Böyük miqyaslı dağıntı və tələfatın səbəbləri araşdırılır. Bəlucistan əyalətinin təbii fəlakətlərlə mübarizə idarəsi ölənlərin sayının arta biləcəyini söyləyib.