İranın cənubunda 4,2 bal gücündə zəlzələ olub.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, zəlzələ Buşəhr əyalətinin Bəndər Qunavə .əhərində baş verib.
Saat 17:14-də qeydə alınan təkanların yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilir.
Zəlzələdə dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.