-
- 7-10-2021, 14:14
- 279
“Müəyyən hallarda məcburi peyvəndləmə aparıla bilər” - Nazir müavini
“Yaşlı əhalinin dispanserizasiyası tənzimlənmir. Ola bilsin ki, bu məsələyə qayıdılsın”.
News24.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.
O bildirib ki, yaşı 18-dən aşağı olanların peyvəndlənməsi könüllüdür: “Onlara qarşı heç bir məhdudiyyət nəzərdə tutulmayıb”.
V. Qasımov bəzi hallarda peyvəndin məcburi olması ilə bağlı məsələyə də münasibət bildirib: ““Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanunda göstərilir ki, peyvənd könüllü aparılır. Lakin müəyyən xəstəliklər baş verdikdə məcburi peyvəndləmə aparıla bilər. Qanunda Nazirlər Kabinetinin qərarı ilə hansı xəstəliklər baş verdikdə hansı kateqoriyadan olan insanların məcburi peyvənd olunması məsələsi sadalanıb. Epidemioloji vəziyyət davam edəcəyi təqdirdə bu məsələyə baxmaq olar”. /APA/