-
- 7-10-2021, 16:56
- 552
"Məktəblərdə hər həftə uşaqlardan yaxma götürülsün"- Pediatr
Məktəblər açılar-açılmaz uşaqların qızdırma, ürəkbulanma, qaytarma və ishal kimi hallarla müşahidə olunan mövsümi qrip və viruslara yoluxması müşahidə olunmağa başlayıb.
Yaranan vəziyyətdən ən çox narahatlıq keçirənsə valideynlərdir. Onların bir qismi məktəbə gedən övladın virusa yoluxacağından, digər qismi isə uşaqda müşahidə olunan bu əlamətlərin koronavirus ola biləcəyindən əndişəlidir.
Məsələ ilə bağlı News24.az-a danışan pediatr Aytən İsmayılzadə bildirib ki, uşaqlar arasında koronavirusa yoluxanlar az deyil: "Bəli, belə hallar var, uşaq məktəbdən gəlib qaytarmağa başlayır. Həkimə gətirirlər. Soruşuruq ki, evdə ailə üzvlərindən kimdəsə bir müddət öncə qızdırması olan olubmu? Ana deyir ki, bəli, onun boğazı ağrayıb, lakin COVID-19 testi verməyib. O ailədən xəstələnən başqa birini yoxlayan zaman bəlli olur ki, koronavirusa yoluxub. Deməli, elə uşaq da bu virusu keçirib".
Pediatr bildirib ki, böyüklər koronavirus infeksiyasını boğaz və qarın ağrısı kimi cüzi əlamətlərlə keçirirsə, uşaqlarda o, ürəkbulanma, ishal və az da olsa qızdırma ilə özünü biruzə verir. Azyaşlılarda ishal gün ərzində 15 dəfəyə qədər ola bilir".
A.İsmayılzadə həmçinin valideynlərin övladlarını koronavirus testindən vaxtında keçirmədiklərindən də şikayətlənib: "Buna görə də uşaqların COVID-19-a yoluxduğunu müəyyən etmək olmur. Müalicəni də zəhərlənmə və soyuqdəyməyə görə edirlər. Bu səbəbdən də belə hallarla bağlı dəqiq statistikamız yoxdur. Bunların içərisində koronavirus da var, rotavirus da, hətta bağırsaq qripi də. Yəni, qusma, ishal və qızdırma müşahidə edilən uşaqların hamısının koronavirusun “Delta” ştammına yoluxduğunu deyə bilmərik. Bunu müəyyən etməyin tək yolu məktəblərdə hər həftə uşaqlardan yaxma nümunəsinin götürülməsidir. Testin cavabına uyğun olaraq həmin uşaqların vəziyyəti nəzarətdə saxlanılmalıdır. Sadaladığımız əlamətlər müşahidə edildikdə isə deyə bilərik ki, koronavirusa kütləvi yoluxma halı var".
Həkim onu da vurğulayıb ki, uşağın yoluxduğu virus növünün hansı olmasının önəmi yoxdur. Çünki koronavirusa qarşı müalicə üçün hər hansı xüsusi bir dərman yoxdur. COVİD-19-un müalicəsində də adi viruslardakı kimi sistem, maye köçürülür, temperatur aşağı salınır, vitamin verilir və s. Önəmli olan əlamətlər hiss olunan kimi zəruri tibbi yardımların olunması və uşağın ev şəraitində dincəlməsidir".
A.İsmayılzadə qeyd edib ki, mövsümi xəstəliklərə yoluxan uşaqların məktəbə göndərilməsi doğru deyil: "Uşaq həmin virusu immun sistemi zəif olan sinif yoldaşına və ya müəllimlərinə yoluxdura bilər və nəticədə onlar xəstəliyi ağır keçirə bilər. Ən azı uşaq 1 həftə evdə qalıb tam sağalmalıdır.
Uşaqların koronavirusu keçirməsinə gəldikdə isə, həkim bildirib ki, azyaşlılar bu xəstəliyi ağır keçirmir, amma buna rəğmən arxayınlaşmaq olmaz: "COVİD-19-a yoluxan uşaqlarla bağlı həyatı təhlükə görmürük. Amma yenə də onları qorumaq, yoluxmamaları üçün bütün qaydalara riayət etmək vacibdir. Çünki uşaqlarda sağaldıqdan sonra hansı fəsadların qalacağı, virusun hansı orqanı zədələyəcəyini bilmək olmur".
A.İsmayılzadə valideynlərə bəzi tövsiyələrini də verib: "Uşaqlar mövsümi qrip, yaxud rotavirusa yoluxduqda dərhal antibiotiklə müalicəyə başlayıb onların immunitetlərinini aşağı salmayın. Onlara çoxlu maye verin, ev şəraitində saxlayın ki, bayıra çıxıb ağırlaşma olmasın. Digər zəruri tibbi müdaxilələri isə həkilmlərə həvalə edin. Virusa yoluxmaq, dünyanın sonu demək deyil".