Ukraynalı deputat taksidə öldü
    • 8-10-2021, 09:53
    • 499

Ukraynalı deputat taksidə öldü

Ukrayna Ali Radasının deputatı Anton Polyakov Kiyevdə ölü tapılıb.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kiyev departamentinin mətbuat xidməti məlumat yayıb. 

İlkin məlumata görə, deputat taksidə olarkən halı pisləşib. Təcili yardım həkimlərinin səylərinə baxmayaraq A.Polyakpvun həyatını xilas etmək mümkün olmayıb. 

Hadisə ilə bağlı cinayət işi başlanılıb.