Mehriban Xanlarova keçmiş ərinin həbsindən danışdı
    • 8-10-2021, 11:46
    • 1 103

Mehriban Xanlarova keçmiş ərinin həbsindən danışdı

Xəbər verildiyi kimi Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Zaur Mahmudov həbs edilib. Zaur Mahmudov illər əvvəl əməkdar artist Mehriban Xanlarova ilə evli olub və onların ailə həyatı uzun çəkməyib.

News24.az xəbər verir ki, Bizim.Media-ya danışan əməkdar artist Mehriban Xanlarova keçmiş ərinin həbsindən narahatlığını ifadə edib:

"Onunla evli olmuşuq və hər şey keçmişdə qalıb. İndi bu məsələləri gündəmə gətirməyin əhəmiyyəti yoxdur. Allah onun qapısını açsın, ailəsinə isə səbir versin”, - deyə sənətçi əlavə edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğlu 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Zaur Mahmudov Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. Lalə Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib. Lalə Dadaşova açıqlamalarından birində M.Xanlarova ilə münasibətlərinin yaxşı olduğunu, onu oğluna alarkən özünün elçi getdiyini deyib.