Hadrutun işğaldan azad olunduğu gündür
    • 9-10-2021, 09:53
    • 800

Hadrutun işğaldan azad olunduğu gündür

Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 1 il ötür.

News24.az xəbər verir ki, 27 sentyabr tarixində Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları nəticəsində oktyabrın 9-da Hadrut qəsəbəsi erməni işğalından azad edilib.

Hadrutun və Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndlərinin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.

Bu il martın 15-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb.