-
- 12-10-2021, 14:36
- 401
Qarabağdakı su anbarlarının tutumu açıqlandı
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki su anbarlarının 618 milyon kubmetr tutumu var.
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov bildirib.
Onun sözlərinə görə, təkcə Tərtər rayonundakı Suqovuşan su anbarının hesabına 183 milyon kubmetr su əldə edilib, həm Tərtər, həm də Yevlax rayonlarının ümumilikdə 36 min hektar ərazisi suvarılıb.
“Hıəmçinin Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarından təqribən 5 milyon kubmetr, Ağdam rayonundakı Xaçınçay su anbarından isə təqribən 4 milyon kubmetr su götürülüb”, - deyə R.Aslanov qeyd edib.