Emin azyaşlı üçün 1 milyon bağışladı - Fotolar
    • 12-10-2021, 17:41
    • 1 258

Emin azyaşlı üçün 1 milyon bağışladı - Fotolar

Azərbaycanın Xalq artisti Emin Ağalarov xeyriyyə addımı atıb.  

News24.az olay.az-a istinadən xəbər verir ki, məşhur sənətçi Kirovda Maksim Qrişin adlı azyaşlıya maddi dəstək olub. Belə ki, Ağalarov Kirov konsertindən əldə etdiyi 1 milyon rubl, yəni 23 min 647 manatı uşağın hesabına köçürüb. 

Emin instaqramda paylaşım edərək ailəyə daha 137 milyon rublun lazım olduğunu vurğulayıb.  O, vətəndaşlara müraciət edərək ailəyə dəstək olmalarını xahiş edib. 

Xalq artisti Maksimin SMA xəstəliyindən (onurğa əzələlərinin atrofiyası – red) əziyyət çəkdiyini bildirib.