-
- 13-10-2021, 12:43
- 487
Qəzada yaralananların ikisi metropolitenin əməkdaşıdır
Bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində baş verən ağır qəzada yaralananlardan iki nəfəri “Bakı Metropoliteni” QSC-nin əməkdaşıdır.
News24.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, həmin şəxslər Metropolitendə gecə növbəsində çalışan əməkdaşlardır: “Cavid Qəribov tunel fəhləsi, Sərdar Rzayev isə elektrik çilingəri vəzifəsində çalışır. Yaralıların hər ikisi Sabunçu Xəstəxanasına çatdırılıblar. C. Qəribova yardım göstərilərək evə buraxılıb, S. Rzayevin müalicəsi hazırda xəstəxanada davam etdirilir”.
Qeyd edək ki, qəza bu gün səhər saatlarında aeroport yolunda baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobilinin “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılması nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb. İlkin məlumata görə, qəzaya yük avtomobilinin sürücüsünün yuxulu olması səbəb olub. Həmin sürücü - 19 yaşlı Əzizov Mahmud Babagözəl oğlu tutulub. Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/