-
- 20-11-2018, 17:23
- 970
Nyu-Yorkda səfərdə olan mədəniyyət naziri Əbülfəs Qarayev BMT- nin ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir ilə görüşdü
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda iştirak məqsədilə Nyu-Yorkda səfərdədir.
News24.az xəbər verir ki, səfər çərçivəsində nazir Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir ilə görüşmüşdür. Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının dünya miqyasında həyata keçirdiyi fəaliyyətlər, xüsusilə Alyansın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı prosesi” təşəbbüsünün və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olması barədə fikir mübadiləsi aparıldı.
Nasir Əbdüləziz Əl-Nasir ölkə rəhbərliyinin bu istiqamətdə təşəbbüslərini yüksək qiymətləndirdiyini, tərəfdaşlığın əhəmiyyətini, eləcə də 2016-cı ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun beynəlxalq səviyyədə müsbət əks-səda yaratdığını qeyd etdi.
Nazir Əbülfəs Qarayev 2019-cu ildə ölkəmizdə keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığın başladığını və forumun işində BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırdı.