-
- 14-10-2021, 16:32
- 451
Təhsil Nazirliyi: "Dərsliklərlə bağlı problem yoxdur"
"Mən deməzdim ki, məktəblərdə dərsliklər çatışmır. Təhsil Nazirliyinin dərsliklərlə bağlı hər zaman xüsusi planları var. O dərsliklər ki, yenidən çap olunmalıdır onlar çap olunur".
News24.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Nazir müavini qeyd edib ki, yararsız vəziyyətə düşən dərsliklər qanunvericiliyə əsasən 4 ildən bir yenilənir. Bu istiqamətdə işlər daim davam edir".
Onun sözlərinə görə, çap olunan dərsliklər şagird sayı nəzərə alınaraq tirajlanır:
"Dərsliklərin hazırlanması ciddi prosesdir. Çünki vəsaitlərin hazırlanması üçün mütəxəssislərin rəyi nəzərə alınmalıdır. Prosesdə həm müvafiq ali təhsil müəssisələri, həm Dövlət İmtahan Mərkəzi, həm də Azərbaycan Milli Elmlər Akademiyası iştirak edir. Hər bir fənnə aid dərsliklərin hazırlanmasında həmin sahənin mütəxəssisləri mütləq iştirak edir və nəticədə dərslik ciddi ekspertizadan keçirilir".