-
- 12-07-2019, 12:28
- 811
Azərbaycan mətkəblərində YENİLİK - Ehtiyat dərsliklər hazırlanır
"Ana dili, riyaziyyat və xarici dil dərsliklərinin yeni ehtiyat dərslik formatında hazırlanması istiqamətində işlərə başlanılıb".
News24.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, tədris yükünün optimallaşdırılması istiqamətində müxtəlif təşəbbüslər və tədbirlər həyata keçirilir: "Bunların sırasında qeyd edə bilərik ki, 2018-2019 tədris ilində olan yeniliklərdən biri ondan ibarətdir ki, təhsil sistemində məktəbdaxili qiymətləndirmələrin sayının azalması həyata keçirilib".
Nazir qeyd edib ki, Təhsil Nazirliyinin kollegiyası tərəfindən böyük summativ qiymətləndirmələrin sayında siniflər arasında bölgülərdə əhəmiyyətli şəkildə azalma olub: "Hesab edirik ki, bu, məktəbdaxili ümumi dərs yükü həcminə müsbət təsir edir. Eyni zamanda, ibtidai siniflərdə bir sıra əsas fənn dərsliklərinin - Ana dili, riyaziyyat və xarici dil dərsliklərinin yeni ehtiyat dərslik formatında hazırlanması istiqamətində işlərə başlanılıb. Artıq bir ildir ki, həmin dərsliklər Azərbaycanın 100 məktəbində sınaqdan keçirilir. Həmin dərsliklər sınaqdan keçirilən zaman hər bir bölmə başa çatandan sonra həmin məktəblərin mütəxəssisləri, ölkədə bu sahədə fəaliyyət göstərən ekspertlər daim dəyirmi masalar keçirərək dərsliklərin təkmilləşdirilməsinə dair tövsiyələr verirlər. Bu formada təkmilləşdirilmiş dərsliklər yenidən ekspertizaya göndərilir və özünü doğrultduqdan sonra mövcud olan dərslikləri həmin ehtiyat dərsliklərlə əvəz edəcəyik. Biz ehtiyat dərsliklərin çeşidinin artırılması istiqamətində işləyirik. Növbəti ildən etibarən tədrisi Azərbaycan dilində aparılmayan məktəblər üçün Azərbaycan dili dərsliyi yeni ehtiyat dərslik formatında hazırlanacaq. Həyat bilgisi dərsliyinin də yeni dərslik formatında - alternativ dərslik formatında işlənməsinə başlayacağıq".
Afaq Mirayiq