Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi
    • 15-10-2021, 08:27
    • 277

Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin yanar konstruksiyaları 16 m² sahədə yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan lambirindən ibarət tavan 7 m² sahədə və 1 ədəd plastik qapı əriyib. Yanğın zamanı tüstülənən mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.