20 nömrəli məktəb-lisey distant tədrisə keçdi - Rəsmi
    • 18-10-2021, 13:31
    • 467

20 nömrəli məktəb-lisey distant tədrisə keçdi - Rəsmi

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

BŞTİ-dən News24.az-a verilən məlumata görə, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.