Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında 81 yaşlı kişi özünü yandırmaq istəyib
    • 21-11-2018, 12:58
    • 815

Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında 81 yaşlı kişi özünü yandırmaq istəyib

Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında intihara cəhd olub. 

“Sputnik Armenia” xəbər verir ki, Ermənistanın Tavuş vilayətinin 81 yaşlı sakini Nariman Muradyan diplomatik korpusun binası qarşısında özünü yandırmaq istəyib.
O bildirib ki, ağır sosial vəziyyətə görə bu addımı atıb. 

//Report