Paşinyanın iqamətgahı qarşısında intihara cəhd oldu
    • 11-07-2018, 10:36
    • 765

Paşinyanın iqamətgahı qarşısında intihara cəhd oldu

 Ermənistanın baş naziri Nikol Paşinyanın Baqramyan prospekti 26-da yerləşən iqamətgahı qarşısında intihara cəhd edilib. 

News24.az  xəbər verir ki, 37 yaşlı kişii üzərinə benzin töküb və polislərə özünü yandıracağını bildirib.

Polislər dərhal müdaxilə edərək faciənin qarşısını alıblar. Həmin şəxsin mənzilinin başqa bir nəfər tərəfdən əlindən alınması, hüquqi problemlərini həll edə bilməməsi səbəbi ilə bu addımı atması aydın olub.