Şəkidə 51 yaşlı kişi bıçaqlandı
Kriminal
Şəki şəhərində bıçaqlanma hadisəsi baş verib.
News24.az-ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin N.Nərimanov prospektində qeydə alınıb.
Belə ki, şəhər sakini 1970-ci il təvəllüdlü Murad Xeyrullah oğlu Səmədov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qonşusu Səlahəddin İsmayılov tərəfindən bıçaqlanıb. Kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan 51 yaşlı M.Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Səlahəddin İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.