-
- 19-10-2021, 18:42
- 883
Səssiz qalmayın! - "Qadına şiddətə son" layihəmizə videolarınızla qatılın! - VİDEO - YENİLƏNDİ
Səssiz qalmayın!
Qadına yönələn şiddət insanlığa xəyanətdir!
Az qala hər gün bir qadının döyüldüyü, bıçaqlandığı, öldürüldüyü haqda xəbərlər alırıq.
Çox zaman bu xəbərləri ya eşidib başımızı bulayırıq, ya da həmin anda üzülüb sonra unuduruq. Amma qadına şiddətə, əziyyətə toplum olaraq təpki verməli, ətrafımızda baş verənlərə susmamalı, göz yummamalıyıq. Çünki QADINın etibarını, cəmiyyətdəki yerini və nüfuzunu qorumaq inkişafın, mədəniyyətin göstəricisidir. Çünki bu, insan haqlarının tələbidir. Çünki inanç və dəyərlər dünyasında o, baş tacı, ən yüksək varlıqdır. Ona qaldırılan əl, ömrünə qəsd, axıtdığı göz yaşı insanlığın utancıdır. Qadına şiddət və zorakılığa Siz də “yox” deyirsinizsə, o zaman "Liatris Holding"in həyata keçirəcəyi “Qadına şiddətə son!” layihəsinə qatılın.
Bu mövzunu əhatə edən qısametrajlı (maksimum 3 dəqiqə) videolar çəkərək bizə yollayın. Videolarınız layihə çərçivəsində keçiriləcək tədbirdə və mediada nümayiş olunacaq. Sevgi, şəfqət və mərhəmət duyğularını oyadacaq səslər, göstərilər, jestlər qadına şiddətlə mübarizədə bütün tədbirlərdən daha ötədir. Birgə həyata keçirəcəyimiz sosial səfərbərlik qadınları şiddətdən qoruyacaq ən böyük gücdür. Əgər bu yolda bizimləsinizsə, etirazınızı lentə alın.
Qeyd edək ki, mövzunu ən mükəmməl əhatə edən üç videonun müəllifi fərqləndiriləcək:
1-ci yerin sahibi 500 manat;
2-ci yerin sahibi 300 manat;
3-cü yerin sahibi 150 manat.
Videoları noyabrın 15-dək News24.az saytının "Telegram" və "WhatsApp" nömrələrinə yollaya bilərsiniz.
Əlavə məlumat üçün (012) 498-17-77, 050-713-03-43 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.