Ruhi Əliyeva:
    • 25-11-2019, 15:17
    • 1 939

Ruhi Əliyeva: "Qadına şiddət yox, yalnız sevgi..."

"Qadın" və "şiddət" - bu sözlər bir-birinə necə də yaraşmır. Bu iki sözü yan-yana görmək necə də insana pis təsir bağışlayır. Qadına nə yaraşır? Xoş davranış, gözəl sözlər, hörmət, ən əsası isə sevgi...
Əziz dostlar, artıq 4 ildir ki, əlimizdən gələnin ən yaxşısını edərək"Qadına şiddətə son!" mövzusunda layihə həyata keçiririk. Məqsədimiz xanımlarımızı, qızlarımızı bu yolla az da olsa qoruya bilmək, insanlara mərhəmət aşılamaq və yuxarıda da qeyd etdiyim kimi, qadınlarımıza şiddətin yox, yalnız və yalnız gözəlliklərin yaraşdığını çatdırmaqdır. İnşallah, noyabrın 29-da da "Liatris Holding"-in təşkilatçılığı ilə "Qadına Şiddətə Son!" deyəcəyik".

News24.az xəbər verir ki, bu sözlərin Azərbaycanın iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Qeyd edək ki, bu dəfə də tədbir Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi ilə baş tutacaq. Bu dəstəyə görə iş xanımı sözügedən quruma təşəkkürünü bildirib: ""Qadına şiddətə son!" layihəsiniə bu il də dəstək verdiyi üçün Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə təşəkkür edirəm".