Şahdağ Milli Parkında ova cəhd edən şəxslər cəzalandırdı
    • 20-10-2021, 12:58
    • 318

Şahdağ Milli Parkında ova cəhd edən şəxslər cəzalandırdı

Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın Quba bölməsinin ərazisində ova cəhd edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova News24.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Əli Quliyev və Quba rayon sakini Səxavət Zalov olduğu müəyyən edilib.

O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.