-
- 26-08-2021, 16:19
- 477
Qanunsuz ov edən şəxs cəzalandırıldı
Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Kiçik körfəz” adlanan ərazisində ov edən şəxs saxlanılıb.
News24.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran şəhər sakini Əliyev Hakim olduğu məlum olub.
“Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”.