Göbələkdən zəhərlənib ölən uşaqlardan birinin anası da zəhərlənib
    • 21-10-2021, 15:13
    • 434

Göbələkdən zəhərlənib ölən uşaqlardan birinin anası da zəhərlənib

Qax rayonunda göbələkdən zəhərlənərək ölən uşaqlardan birinin anası da zəhərləyib.

Bu barədə Tasmalı kənd icra nümayəndəsi Məhərrəm Alagözov məlumat verib.

O bildirib ki, 9 yaşlı İbrahimxəlil Qasımzadənin anasını Turanə Musayevanın vəziyyəti pisləşib: "Onun göbələkdən zəhərləndiyi ehtimal edilir və qadın Bakıdakı xəstəxanaların birinə göndərilib".

M.Alagözovun sözlərinə görə, T.Musayeva göbələyi bişirən zaman yeməyin cuzi dadına baxıb.

Qeyd edək ki, hadisə oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində baş verib. Kənd sakinləri -Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərlənmə ilə xəstəxanaya aparılıb. Murad və İ.Qasımzadə orada ölüb, M.Qasımovun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. /Report/