-
- 24-10-2021, 15:28
- 393
Masallıda reyd keçirildi, SÜRÜCÜLƏR CƏRİMƏLƏNDİ - FOTO
Masallıda COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı reyd keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, qaydaları pozanlar müəyyən edilərək cərimələniblər.
Oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb edilir. Qaydalara əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Nəzarət-profilaktiki tədbirlər çərçivəsində eyni zamanda qapalı məkanlarda tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər də aşkarlanıb.
Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin özlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.