Son 9 ayda 8 yeni körpü tikilib
    • 28-10-2021, 13:58
    • 467

Son 9 ayda 8 yeni körpü tikilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 540 km avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib

News24.az Azərbaycan Avtomobil Yolları Dövlət Agnetliyinə istinadən xəbər verir ki, bunun 103,5 km-i respublika əhəmiyyətli, 312,5 km-i yerli əhəmiyyətli, 124 km-i isə Bakıdakı yollardır.

9 ayda respublikanın avtomobil yollarında 8 yeni körpü tikilib ki, bunun da, 4-ü “Zəfər Yolu”nun üzərində, 4-ü isə İsmayıllı rayonunda yerləşir.

Hesabat dövründə Bakı şəhərində 2 yeni yerüstü piyada keçidi inşa edilib. Bunlar, Qala-Pirallahı avtomobil yolunun 3,6 km-də yerləşən 76,7 metr uzunluğunda,
Ziya Bünyadov prospektində 90 metr uzunluğunda piyada keçidləridir.