-
- 15-01-2020, 13:05
- 921
Saleh Məmmədov: "Bu il ən azı 1 000 km yeni yol salınacaq"
"2020-ci il ən azı 1 000 km yeni yol salınacaq ki, onların arasında yüzlərlə kənd yollarının salınması və magistral yolların tikintisinin davam etdirilməsi layihələri nəzərdə tutulur".
Bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, 2019-cu il ərzində ölkənin ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilib, 17 qəzalı vəziyyətə düşən körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb. /apa/