-
- 29-10-2021, 12:55
- 688
Sosial şəbəkə istifadəçiləri Markı ələ saldılar - FOTO
Dünənin əsas xəbərlərindən biri biznesmen Mark Zukerberqə məxsus Facebook, Instagram, Oculus, WhatsApp-ı özündə birləşdirən şirkətinin adının dəyişdirilməsidir. Bundan sonra şirkət “Meta” adını daşıyacaq. Zukerberq deyib ki, bu ifadə “kainatın inkişafı şirkəti” anlamını ifadə edəcək.
News24.az xəbər verir ki, sosial şəbəkələrdə şirkətə verilən yeni ad məsxərə mövzusuna çevrilib.
“Twitter” istifadəçilərindən biri belə rebrendinqin məşhur “Metallica” qrupu üçün faydalı olacağını deyib. O, qrup üçün yeni loqotip də yaradıb.
Başqa bir istifadəçi bu addan Maqnitoqorskdan olan “Metallurq” xokkey klubunun da istifadə edəcəyini yazıb.
Məşhur Telegram kanalı "Ruthless PR Man" isə məsxərə edərək daha irəli gedib. O, “Met” yazaraq bunun metamfetaminə işarə edən loqo olmasını təklif edib.
Qeyd edək ki, M.Zukerberq hazırda bununla bağlı kəskin tənqid olunur.
Eyni zamanda ona və həyat yoldaşına qarşı təcavüz ittihamı ilə cinayət işinin açılması da gündəmdədir. Biznesmen Zukerberq cütlüyünə qarşı ittihamlarda təsərrüfatında çalışanların maaşlarını vaxtında verməmələri ittihamı da var.