Xüsusi məktəblərə işə qəbul üzrə müsahibə nəticələri AÇIQLANDI
    • 29-10-2021, 17:34
    • 329

Xüsusi məktəblərə işə qəbul üzrə müsahibə nəticələri AÇIQLANDI

Oktyabrın 26-da keçirilən xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, müsahibələrdə uğur qazanan namizədlərin şəxsi səhifəsində bu barədə müvafiq məlumatlar qeyd olunub və onlarla 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda həyata keçirilib.