Şəbnəm Tovuzlunun hamıdan gizlətdiyi oğlu var?
    • 29-10-2021, 15:00
    • 1 336

Şəbnəm Tovuzlunun hamıdan gizlətdiyi oğlu var?

Müğənni Şəbnəm Tovuzlu şəxsi həyatı ilə gündəmə gəlib. 

News24.az xəbər verir ki, müğənninin oğlu Əli ilə İlkin adlı gəncin oxşarlığı diqqət çəkib. Hətta, İlkinin müğənninin hamıdan gizlətdiyi oğlu olduğu iddia edilib. 

“MTV Azərbaycan” məsələ ilə bağlı araşdırma aparıb. Telekanalın hazırladığı süjetdə bildirilib ki, Əli müğənninin 7 ildir davam edən ikinci evliliyindən olan oğludur. İlkin isə müğənninin həyat yoldaşının ilk evliliyindən olan övladıdır. Hətta İlkinin daim Əlinin qayğısına qaldığı da bildirilib.