Şəbnəm Tovuzlu yeni klipini təqdim etdi - VİDEO
    • 5-08-2021, 14:17
    • 854

Şəbnəm Tovuzlu yeni klipini təqdim etdi - VİDEO

Müğənni Şəbnəm Tovuzlu "Sevdiyimin şəhəri başqadır" mahnısına çəkilən klipini təqdim edib.

News24.az xəbər verir ki, müğənninin yeni işi "Youtube" kanalında yerləşdirilib. Ş. Tovuzlu bildirib ki, yeni mahnısının yayın hiti olacağına inanır: "Mahnı ilk dinlədiyim anda ürəyimə yatdı. Sonra bəstəni kliplə təqdim etmək qərarına gəldim. Tam yay ab-havalı mahnıdır. Sevənlərin ürəyincə olacağını düşünürəm".  

Qeyd edək ki, bəstənin sözləri və musiqisi Tural Sədalıya məxsusdur. Aranjimanı İsmayıl Əlizadə edib. Bəstəyə Şahanə Ayazqızı ekran həyatı verib.