-
- 22-11-2018, 16:04
- 1 238
Həyat bizə pislik edən adamdan intiqamımızı alacaq
Sizə pislik və ya xəyanət edən şəxslər bir gün eynisi ilə qarşılaşacaq.
Bu karma deyil, insan həyatının qanunudur. Hər birimiz əzab çəkirik. Bəlkə də bəziləri digərlərinə görə daha çox... Bu, bizə haqsızlıq kimi görünsə də həyat gözləmədiyimiz anda hər birimizə əzab çəkdirəcək.
Həyatımızda hər şeyin qaydasında olduğunu düşündüyümüz zaman, anidən nəyinsə, hətta nələrinsə qaydasında olmadığını görürük. Həmin anlar həyəcanlı və kədərli oluruq. Belə çətin anlarda ən vacibi ağılla düşünüb, addım atmaqdır.
Əgər günah başqa insandadırsa, qisas almaq istəyirik. Biz qarşı tərəfin atdığı addıma eynisi ilə cavab verməyə can atırıq. Həyatın ondan intiqam alacağı vaxtı gözləyirik. Lakin bu baş vermədikdə mənəvi cəhətdən əzilirik. Düşünürük ki, sanki hər şey bizə qarşıdır. Lakin bu belə deyil...
Həyat hər şeyi öz yoluna qoyur.
Bir gün ən pis vəziyyətimizdə həyat bizə pislik edən adamdan intiqamımızı alacaq. Bu enerji haqda sadə faktdır. Biz bu həyata verdiyimizi geri alırıq. Bunu karma və ya təsadüf kimi də adlandıra bilərik.
Biz həyatın bizə pislik edənə çəkdirdiyi əzabları hiss edən zaman qisasımız alınmış olacaq. Aramızdakı fərq isə şəxsiyyətimizn yüksəlişi olacaq.
Pis insanlar digərlərinə ziyan verir. Çünki onlar öz təcrübələri üzərində öyrənmir. Yüksəldiyimiz zaman onlar bizim vaxtilə çəkdiyimiz əzabların eynisini çəkəcəklər. Bunun öhdəsindən necə gəlməli olduqlarını bilməyəcəklər. Biz hissələrimizi toplamağa başladıqca onlar sınmaqda davam edəcəklər.
Buna görə də üzülməyə dəyməz. Sadəcə olaraq həyatın verdiyi təcrübədən öyrənməliyik.
Ağlayın, ağrını yaşayın və yaşadıqlarınızdan ən yaxşılarını götürüb ayağa qalxın. Sizə pislik edən insanlarla isə vidalaşın.
Tərcümə etdi: Teymur MƏMMƏDOV