Azərbaycanda baytarlıqla bağlı dövlət rüsumlarının QİYMƏTİ QALXDI
    • 1-11-2021, 12:23
    • 527

Azərbaycanda baytarlıqla bağlı dövlət rüsumlarının QİYMƏTİ QALXDI

Azərbaycanda baytarlıq şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu 5 manatdan 10 manata, baytarlıq sertifikatının verilməsi üçün dövlət rüsumu isə 20 manatdan 25 manata qaldırılır.

News24.az xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan əlavəv və dəyişikliklərdə öz əksini tapıb.

Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün 100 manat dövlət rüsumu ləğv olunur, əvəzində baytarlıq arayışının verilməsi üçün 5 manat, baytarlıq pasportunun verilməsi üçün 20 manat, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün isə 120 manat dövlət rüsumu tətbiq olunur.