Abel Məhərrəmovun 100 milyonluq varidatının siyahısı yayıldı
    • 22-11-2018, 16:20
    • 1 018

Abel Məhərrəmovun 100 milyonluq varidatının siyahısı yayıldı

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun böyük qalmaqal üzərindən işdən çıxarılması gündəmdən düşmür.

İspaniyada dini tolerantlıq mövzusunda keçirilən beynəlxalq konfransdan öncə içki məclisi quran Abel Məhərrəmov sonradan Allahşükür Paşazadə ilə mübahisə edib. Hətta tədbir iştirakçıları arasında süpürləşmə olması xəbəri də var. Abel Məhərrəmov Madriddən qayıdandan dərhal sonra işdən çıxarılıb. Günlərlə baş verənlərə aydınlıq gətirməyən sabiq rektor ötən gün üzə çıxıb.

Mətbuata danışsa da, Madrid səfəri, oradakı qalmaqallı olayın üzərindən sükutla keçib. Bilinən odur ki, Abel Məhərrəmov məhz siyasi rəhbərliyi qəzəbləndirdiyi üçün vəzifəsindən azad olunub.

Ötən gün YAP-ın tədbirinə qatılan sabiq rektorun sonradan Fəxri Xiyabanda fotosu yayılıb. Adətən YAP-ın tədbirlərində yuxarı başa çıxarılan sabiq rektorun tənha fotosu daha geniş müzakirələrə meydan açıb.

“AzPolitika.info”nun məlumatına görə, YAP rəhbərliyinin H.Əliyevin məzarını ziyarət etməsi zamanı son günlərin “qəhrəmanı” – YAP Siyasi Şurasının üzvü Abel Məhərrəmov ziyarəti partiya rəhbərliyi ilə birlikdə yox, tək həyata keçirib. Burdan belə nəticə çıxarmaq olar ki, A.Məhərrəmov təkcə vəzifəsini itirməyib, eyni zamanda rəhbərliyində təmsil olunduğu hakim partiyada da arzuolunmaz şəxsə çevrilib. Ona görə də YAP rəhbərliyi ilə birlikdə H.Əliyevin məzarını ziyarət etməsinə, yəni rəhbərliklə bir sırada görünmüsinə icazə verməyiblər.

Azərbaycanda son illərdə formalaşmış ənənəyə görə isə, “vurulan” məmurlara qarşı tətbiq olunan əsas cəza onların vəzifədə olarkən əldə etdikləri var-dövlətin – daşınar və daşınmaz əmlakların, nağd pul vəsaitlərinin əllərindən alınmasıdır. Bu ənənənin Abel Məhərrəmova münasibətdə də aktuallığını qoruyacağı ehtimalı xeyli yüksəkdir. Belə olacağı halda bu akademikin itirəcəyi isə heç də az deyil – illərdir məlum olan və yeni üzə çıxan məlumatlar dəyəri on milyonlarla ölçülən əmlaklardan xəbər verir.

Artıq saytlarda, sosial şəbəkələrdə Abel Məhərrəmova məxsus olduğu iddia olunan əmlakların siyahısı da yayılmağa başlayıb. 

Bu siyahı ilə tanışlıqdan belə məlum olur ki, sabiq rektor əməlli-başlı mal-mülk sahibi olub: təkcə Bakı şəhərində 6 olmaqla, ümumilikdə 10-dan artıq villası var.

Sosial və peşəkar mediada sabiq rektorun varidatı ilə bağlı bir neçə siyahı yayılıb.

Həmin siyahıları təqdim edirik:

1. “El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi - 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.
2. “Mono Liza” - Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596)
ÐоÑожее изобÑажение
3. “İzabella” şadlıq sarayı, Bakıda “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.
4. BDU-nun yaxınlığında 20-yə yaxın bufet və yeməkxanalarından ildə 1 milyon 200 min manat arenda pulu gəlir kimi götürülür.
5. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.
6. “Sahil” ticarət mərkəzində ən bahalı “Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)
7. BDU tələbələrinin elmi-texniki təchizatının sosial-məişət avadanlıqlarının müasirləşdirilməsi adı altında dəyəri 930 milyon 282 min manat civarında olan avadanlıqlar gömrük rüsumu ödənmədən ölkəyə gətirilərək Abel Məhərrəmovun otel və restoranlarında yerləşdirilib.

A. Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:

1) “Lamborghini”
2) “Bentley”
3) “Porsche Cayenne”
4) “Land Rover”
5) !Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür)
ÐаÑÑинки по запÑоÑÑ bahalı avtomobillÉr
6) “Audi Q7”
7) “Audi Q8” (Son model, qiyməti 450 min avro)
8 ) “Mercedes Geländewagen” (qiyməti 250 min avro)
9) “BMW X6” (son model - qiyməti 200 min avro)
10) “BMW -760” (qiyməti 400 min avro)
Mənbə: Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov

Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:

1) Binəqədidə Vorovski deyilən ərazidə 2 villa;
2) Quba rayonunda 1 villa;
3) Xızı rayonunda 1 villa;
4) Nabranda 1 villa;
ÐаÑÑинки по запÑоÑÑ villa
5) Şüvəlan qəsəbəsində 1 villa;
6) Mərdəkan qəsəbəsində 1 villa;
7) AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;
Şərifzadə küçəsində yerləşən ev.
- Qızı Nərminə Sadıqovaya məxsus "Qlobus" uşaq bağçası.
- 8-ci mikrorayonda daha bir restoranı
- N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.

Abel Məhərrəmovun 20 illik rektorluq dövrü onu ölkədəki gizli məmur-oliqarxlar sırasında ilk yerlərə çıxarıb. İndi isə hesablaşma zamanıdır. Sabiq rektorun əmlaklarının “milliləşdiriləcəyi” də gözləniləndir...

//Musavat.com