Abel Məhərrəmov xəstəxanaya YERLƏŞDİRİLDİ
    • 12-02-2020, 09:50
    • 1 203

Abel Məhərrəmov xəstəxanaya YERLƏŞDİRİLDİ

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.

Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün palataya köçürülüb.
Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir. /Oxu.az/