"İndi bundan da istifadə edəcəklər?" - Çingiz Abdullayev- VİDEO
    • 1-11-2021, 16:49
    • 1 038

"İndi bundan da istifadə edəcəklər?" - Çingiz Abdullayev- VİDEO

Sosial şəbəkələrdə xalq yazıçısı Çingiz Abdullayevin Birinci Qarabağ müharibəsi ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb. Belə ki, Ç.Abdullayevin həmin çıxışında Birinci Qarabağ müharibəsinin olmadığını, bunun yalan olduğunu söylədiyi iddia edilib.

Məsələ ilə bağlı açıqlama verən xalq yazıçısı Çingiz Abdullayev fikirlərinin təhrif olunduğunu bildirib:

"Qoy tənqid eləsinlər. Mən elə deməmişəm. Demişəm ki, ermənilər sovet qoşunlarını pulla alaraq bizim torpaqlarımızı işğal ediblər. Mənim qardaşım da həlak olub. İndi bundan da istifadə edəcəklər?". /Unikal.org/