Türkiyə Prezidenti Argentinada Səudiyyə Ərəbistanının vəliəhdi ilə görüşməyəcək
    • 22-11-2018, 17:20
    • 773

Türkiyə Prezidenti Argentinada Səudiyyə Ərəbistanının vəliəhdi ilə görüşməyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanArgentinada keçiriləcək “G-20”liyin sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşməyəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilib.
Tədbirdə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 30-dan dekabrın 2-dək Argentinada “G-20”liyin zirvə toplantısı keçiriləcək.