Bakıda ərini həbs etdirən gəlin qayınanasının qolunu “sındırdı” – TƏFƏRRÜAT
    • 2-11-2021, 11:48
    • 1 032

Bakıda ərini həbs etdirən gəlin qayınanasının qolunu “sındırdı” – TƏFƏRRÜAT

Bakı şəhər Yasamal rayon Məhkəməsində 53 nömrəli məktəbin müəllimi, 1978-ci il təvəllüdlü İradə Salamova (ad və soyadlar şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə iş açılıb.

Belə ki, İradə Salamovanın qayınanası polisə şikayət edərək gəlininin onu döyüb qolunu sındırdığını bildirib. Araşdırma zamanı həqiqətən də yaşlı qadının qolunun əzilməsi məlum olub. Lakin həmin xəsarətin gəlin tərəfindən yetirilməsi sübuta yetirilməyib.

Məhkəmədə məlum olub ki, gəlinin şikayəti ilə onun həyat yoldaşı Azər Salamov bir neçə ay əvvəl həbs edilib.

Belə ki, İradəyə daim işgəncələr verən kişi barəsində həyat yoldaşının şikayəti əsasında 133-cü (əzab vermə) maddəsi ilə iş açılıb. Bu da Azərin anasının gəlininə qarşı münasibətinin pisləşməsinə səbəb olub və o, İradənin evi tərk etməsini tələb edib.

Hazırda A.Salamov həbsdə saxlanılır və barəsindəki cinayət işi üzrə istintaq davam etdirilir.

Yasamal rayon Məhkəməsi isə qayınanasının İradə Salamova barəsindəki şikayətini əsassız sayıb, belə ki kifayət qədər sübut aşkar edilmədiyindən ona 128-ci maddə üzrə bəraət verilib.