-
- 3-11-2021, 15:02
- 458
Tərtərin icra başçısı: "Ermənilərin dağıtdığı 344 evdə təmir işləri gedir"
"Tərtərdə 44 günlük Vətən müharibəsi müddətində zərərçəkən ev və obyektlərlə bağlı ümumilikdə 7 056 akt bağlanıb. Onlardan 6 003-ü insanların yaşayış və qeyri-yaşayış obyektləridir".
Bunu News24.az-ın Tərtərə ezam olunan əməkdaşına açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
İcra başçısı qeyd edib ki, bu gün həmin obyektlərdən 44-ü qalıb ki, orada iş başlamayıb: "Həmin obyektlərlə bağlı vətəndaşlar daha çox vəsait tələb edir. Ötən gün həmin vətəndaşlar qəbul edilərək dinlənilib. 344 evdə isə təmir işləri davam edir. Hesab edirəm ki, bu ayın sonuna qədər bu işlər yekunlaşacaq".
Ülkər Qasımova
FOTO: Nicat Niftəliyev