Azərbaycanda zibil qutusundan DÖL TAPILDI
    • 4-11-2021, 13:15
    • 562

Azərbaycanda zibil qutusundan DÖL TAPILDI

Daxili İşlər Nazirliyi Ağsu şəhərində zibil qutusundan tapılan döl ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 3-də Ağsu şəhərində məişət tullantılarının atıldığı ərazidə dölün olması barədə Polis Şöbəsinə məlumat daxil olub:

“Daxil olmuş məlumatla əlaqədar həmin əraziyə baxış keçirilib və döl götürülərək müvafiq ekspertizaya təqdim edilib. Hələlik dölün kim tərəfindən atıldığı məlum deyil və faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır”.