Naxçıvan iqtisadiyyatı 1,4% böyüyüb
    • 23-11-2018, 10:22
    • 1 159

Naxçıvan iqtisadiyyatı 1,4% böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan MR-da 2 172,378 mln. manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Yerli Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrünı nisbətən 1,4% çoxdur.
Son 1 ildə Naxçıvanda adambaşına düşən ÜDM isə 2,1% artaraq 4 783 manata çatıb. 
Muxtar respublikanın ÜDM-nin 827,649 mln. manatlıq hissəsi və yaxud 38,1%-i sənayenin hesabına formalaşıb. Bu, illik müqayisədə 1,3% çoxdur.

//Report